hemle

Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? - Rusiyalı həkimdən tövsiyə

Tarix:4-01-2025, 09:42
Baxış Sayı:501

Rusiyalı həkim, endokrinoloq Mariya Kaloşina səhər yeməyindən imtinanın təhlükələri barədə xəbərdarlıq edib.

O, bu barədə "RİA Novosti"yə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, hətta aktiv arıqlama dövründə belə səhər yeməyini gözardı etmək olmaz, çünki bu, nahar zamanı normadan artıq yemək riskini yaradır.

"Səhər yeməyinin kalori miqdarı ümumi rasionun təxminən 35 faizini təşkil etməlidir", - deyə mütəxəssis qeyd edib.

Bundan əlavə, Mariya Kaloşina qeyd edib ki, arıqlama zamanı aclıq və susuzluq arasındakı fərqi hiss etməyi öyrənmək vacibdir.

"Statistikaya görə, yemək istəyənlərin 80 faizi əslində susuzluq hiss edir" , - deyə həkim vurğulayıb.

Öz hisslərinizi yoxlamaq üçün 200 millilitr su içmək və bir müddət sonra vəziyyətinizi təhlil etmək tövsiyə olunur.

Digər xəbərlər
09:54 Avopada ölümə səbəb olan virus Türkiyəyə çatdı
09:49 Rusiyada əhaliyə şok xəbərdarlıq edildi: Bu tarixlərdə qanlı təxribatlar olacaq
09:40 "WhatsApp"da yeni dələduzluq növü sürətlə yayılır: necə qorunaq? - VİDEO
09:35 ŞOK AÇIQLAMA: "40 milyona yaxın insan bu səbəbdən ölə bilər"
09:31 Yaddaşı daha yaxşı gücləndirən üsullar - ARAŞDIRMA
09:24 “Növbə bizimdir, Zəngəzura gəlirlər” - İrəvanda sensasion iddia
21:19 Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı
21:13 İrəvan ordusunu "süni intellekt"li etmək istəyir