hemle

Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA

Tarix:Bu gün, 10:06
Baxış Sayı:556



Bir neçə gündür ki, "Bakı Metropoliteni"nin "28 May" stansiyasının platformasında müxtəlif musiqilər səsləndirilir. Metropolitenin bu addımı pozitivliyə hesablansa da, səsləndirilən mahnılar arasında həm də xarici musiqilərə üstünlük verilməsi sərnişinlər arasında birmənalı qarşılanmayıb.

Əksər vətəndaşlar bununla bağlı narazılıqlarını da dilə gətiriblər.

Belə ki, ötən gün "28 may " metrostansiyasının platformasında "Sarı gəlin" xalq mahnısı səsləndirilsə də, bu gün səhər saatlarında Türkiyənin "Ah İstanbul" musiqisinə yer verilib. Elə narazılıqlar da bundan sonra başlayıb. Əcnəbilərin də istifadə etdiyi ictimai nəqliyyatda Azərbaycan mahnıları deyil, həm də xarici ölkələrin musiqilərinin təbliğ olunması tənqidlə qarşılanıb.

Sərnişinlərin çoxu Azərbaycanın paytaxtı Bakıda İstanbulla bağlı musiqinin səslənməsini doğru addım hesab etməyiblər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında sözügedən yeniliyin səbəbini səs və aidiyyəti texniki qurğuların yoxlanılması ilə əlaqələndirib:

Qurum rəsmisinin İstanbulla bağlı səslənən musiqiyə münasibəti isə belə olub:

"Əsas odur ki, zövqü korlayan bayağı heç nə yoxdur. Heç bir musiqi parçasının xüsusi səbəbi yoxdur, dediyim normalar çərçivəsində olması vacibdir", - deyə Bəxtiyar Məmmədov qeyd edib.

Digər xəbərlər
18:08 Yumurta qəbulunun orqanizmə təsiri
18:05 Səhərlər acqarnına kofe içənlərin NƏZƏRİNƏ:
18:04 Ətin bahalaşmasının səbəbi nədir?
18:03 Səhiyyə naziri plastik cərrahlardan DANIŞDI - Aprelin əvvəlində bilinəcək
18:01 İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?
18:00 İstanbul dağılacaq, çoxlu insan öləcək, epidemiya yayılacaq - Dəhşətli proqnoz
17:57 Temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ
17:55 Bu universitetə rektor əvəzi təyin edildi