hemle

Temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tarix:Dünən, 17:57
Baxış Sayı:441

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti ilkin xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Digər xəbərlər
22:22 XII Qlobal Bakı Forumu öz işini yekunlaşdırdı
22:20 Moskvada HƏYƏCANLI ANLAR - Ticarət mərkəzi boşaldıldı
22:18 Ramazanın 16-cı günü: dua, imsak və iftar vaxtı
22:17 Prezidentlər RAZILIĞA GƏLDİLƏR - Moskvada bir araya gələcəklər (YENİLƏNDİ)
22:15 "Google" "Android" istifadəçilərini KÖMƏKSİZ QOYACAQ - Sevindirici xəbər də var
22:14 Avropada RƏZALƏT: Putin bu dəfə "ABŞ prezidenti" oldu
22:13 Səhiyyə naziri plastik cərrahlardan DANIŞDI - Aprelin əvvəlində bilinəcək
22:10 Bu təhlükəli vərdiş telefonun bateriyasını tez öldürür: Smartfonu hara qoymaq olmaz?