hemle

Bakıda çovğun olacaq, temperatur 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tarix:10-03-2021, 13:25
Baxış Sayı:292

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi, martın 11-də arabir yağış yağacağı, 12-də gündüz yağışın sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Martın 12-də günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.

Martın 11-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, 15-20 m/s, martın 12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?