hemle

Bu universitetə rektor əvəzi təyin edildi

Tarix:Dünən, 17:55
Baxış Sayı:466

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.

Bu barədə ali məktəbin Direktorlar və Qəyyumlar Şurası qərar qəbul edib.

Qərara əsasən, Xəzər Universitetinin rektoru səlahiyyətlərinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor, professor Məhəmməd Nuriyevə həvalə olunub.

M.Nuriyev 1946-cı ildə Zaqatalada andan olub. Texnika elmləri doktorudur. 1997-ci ildən Xəzər Universitetində çalışır.

Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib. Onun rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub. İ.Xəlilova hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.

Xatırladaq ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sərdi professor Hamlet İsaxanlıdır.

Digər xəbərlər
15:28 Bu sürücülər sükan arxasına əyləşməsinlər - DYP-dən xəbərdarlıq
15:27 Sabah 31 dərəcə isti olacaq
15:26 Ermənistan ordusu mövqelərimizi atəşə tutdu
15:24 Paşinyan Pezeşkiana zəng etdi: Bildirdi ki, Azərbaycanla...
15:22 Sınaq imtahanı keçirildi: nəticələr nə vaxt açıqlanacaq? - Yeniləndi
11:33 Yaz immuniteti: Keçid dövründə sağlamlığı necə qorumaq olar?
11:30 Qabil Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı: 24 maddə ilə günahlandırılır
11:27 Putinin Əliyevə zəngi: Lukaşenko və Rəhmon niyə telefon xəttində idi?