hemle

Paşinyandan SÜLH AÇIQLAMASI - “Son iki razılaşdırılmış müddəa...”

Tarix:Dünən, 21:16
Baxış Sayı:455



"Son iki razılaşdırılmış müddəa sülh sazişinin qüvvəyə minməsindən sonrakı dövrə aiddir".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Aİ müşahidəçilərinin ölkədən çıxarılması və beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsinin sülh sazişinin imzalanmasından əvvəl və ya sonra baş verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

"Ümumi məntiq budur ki, bu məsələlərin bəzi nüanslarını müzakirə etməliyik. İki maddədən biri üçüncü ölkələrin qüvvələrinin sərhəd boyunca yerləşdirilməməsi, digəri isə beynəlxalq qurumlardan iddiaların qarşılıqlı şəkildə geri götürülməsi və bir-birinə qarşı heç bir addım atmaması məsələsi ilə bağlı idi.

Bu müddəalar kiçik, lakin təkamül keçirib. Bu mövzuda mükəmməl bir sözümüz olmadığı və olmayacağı bəlli olduğu andan etibarən Təhlükəsizlik Şurası formatında da müzakirə etdik və mövcud məzmunun məqbul ola biləcək bir kompromis variant hesab edilə biləcəyi qənaətinə gəldik. Əslində, bəli, bu şəraitdə Ermənistan üçün məqbuldur", - Paşinyan bildirib.

Baş nazir Azərbaycanın hansı güzəştə getməsi ilə bağlı suala belə cavab verib:

“İndiki mərhələdə birtərəfli formada ifadələr və bəyanatlar verməmək vacibdir. Əgər razılıq əldə olunubsa, deməli, Azərbaycan tərəfi bu mətnin müəyyən dərəcədə onun üçün faydalı olduğunu hesab edib və Ermənistan Respublikası da onun üçün faydalı olduğunu qərara alıb. Bu, açıq şəkildə danışdığımız kompromislərdir. Bəli, biz bunu kompromis mətn hesab etdiyimiz üçün qərar verdik”.

Digər xəbərlər
11:21 Həqiqi hərbi xidmətin müddəti ilə bağlı qərar verildi
11:15 "WhatsApp"da yeni funksiya - mesaj zəncirləri...
11:11 Milli Məclisin növbəti iclası başlayıb, Nazirlər Kabineti hesabat verir
11:06 Putin atəşkəsi qəbul etdi, amma... – Rusiyanın planı nədir?
11:02 Bu gün 26 dərəcə isti olacaq
10:44 ÇATLAR DƏRİNLƏŞİR - Putin ABŞ-ı çətin vəziyyətə saldı
10:33 Ukrayna ordusuna AĞIR İTKİ: Donetskə daxil olan taqım məhv edildi
10:15 XII Qlobal Bakı Forumunun ikinci günü başladı