hemle

Bu taksi sürücüləri sistemdən çıxarılır

Tarix:Dünən, 10:37
Baxış Sayı:455

Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır.

"Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, sözügedən məsələ ilə bağlı xeyli şəxs işdən çıxarılıb.

Adıçəkilən taksi şirkətindən "Xəzər Xəbər"ə bildirilib ki, buna səbəb həmin sürücülərin təlim sertifikatlarında uyğunsuzluqların aşkarlanmasıdır.

Lakin sertfikasiyadan keçən sürücülər də vəziyyətdən narazıdırlar. Qoyulan qaydalarla işləyən taksilərdə qiymətlərin artacağını düşünən sürücülərin bu gözləntiləri özünü doğrultmayıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd olunan uyğunsuzluqlarla bağlı sürücülərə yox, şirkətlərə xəbərdarlıq edilir. Tələbə görə, taksi sifarişi operatorları icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər.

Bunu edən taksi operatorları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr nəzərdə tutulub. Həmçinin qeyd edilib ki, bu günə kimi 40 minə yaxın taksi sürücüsü təlimə cəlb olunub.

Digər xəbərlər
10:15 XII Qlobal Bakı Forumunun ikinci günü başladı
10:12 İlham Əliyevdən Makrona sərt ittihamlar: “Ermənistanı yenidən müharibəyə sürükləyir”
10:05 Paşinyandan Türkiyə ilə bağlı vacib açıqlama: Əgər bu mesajları düzgün qəbul etsək...
21:33 Taksilərdə əlavə ödəniş tələbi qadağan edilib
21:30 "Çörəkpulu" alan köçkünlərin sayı azalıb
21:28 Bütün günü işdə və yolda yuxulu olmaq nəyin əlamətidir?
21:25 Sülh sazişi razılaşdırıldı: Aİ müşahidəçiləri sərhəddən çıxarılacaq?
21:22 Azərbaycan XİN-dən sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı BƏYANAT