hemle

Hökumətdən taksi sürücüləri ilə bağlı yeni QƏRAR

Tarix:14-03-2024, 18:49
Baxış Sayı:1

Hökumətdən taksi sürücüləri ilə bağlı yeni QƏRAR


Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:

- taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;

- taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə

gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv

edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa

çatıb);

-taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;

-taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş

haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);

-daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında

şəhadətnamə üzrə məlumat;

-taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;

-taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;

-taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur -

sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin

daşımır və sifariş qəbul etmir);

-taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin

seriyası və nömrəsi;

-taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının

başlanğıc, son tarixi və vaxtı.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?