hemle

SON DƏQİQƏ: İLİN İKİNCİ AY TUTULMASI BAŞLADI

Tarix:5-06-2020, 23:36
Baxış Sayı:434

2020-ci ilin ikinci Ay tutulması hadisəsi davam edir.

ONN media bildirir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayıb və saat 01:04-də sona çatacaq.

Tutulmanın maksimumu saat 23:26-da olacaq.

Bununla da 2020-ci ilin ikinci Ay tutulması hadisə iyun ayının 5-dən 6-sına keçən gecəni əhatə edəcək. Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidəsi mümkün olmayacaq, yalnız xüsusi cihazlar vasitəsi ilə prosesi müşahidə etmək olur. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, ilin ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə Bakı vaxı ilə saat 21:08-dən 01:12-dək davam etmişdi.

Bu il daha iki Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 3-cü Ay tutulması iyulun 5-də, 4-cü Ay tutulması hadisəsi isə noyabrın 30-da baş verəcək.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir