hemle

BU ÖLKƏLƏRDƏ 30 İL SONRA YAŞAMAQ MÜMKÜN OLMAYACAQ – SENSASİON PROQNOZ

Tarix:12-05-2020, 13:44
Baxış Sayı:544

Qlobal istiləşmə fonunda 2050-ci ilə qədər bir sıra ölkələrə dözülməz istilik gələ bilər. Alimlər hesab edir ki, bu, atmosferə karbon dioksidin davamlı şəkildə atılması ilə əlaqədardır.

ONN media xəbər verir ki, ilk növbədə dəyişikliklərin isti ölkələrdə hiss olunacağı gözlənilir. Sonrakı 30 ildə havanın istiliyi yoxsullar üçün həyati təhlükə yarada bilər. Eyni zamanda 30% ölkələrdə orta illik göstəricilər +29 dərəcə selsi səviyyəsinə çatacaq. Bu günə qədər belə göstərici planetin yalnız 1%-də müşahidə olunur.

Alimlər qeyd edib ki, karbon qazının tullantılarının davam etməsi halında bu cür dəyişikliklər qaçılmazdır və Yerin istiləşməsinə səbəb olur. Üstəlik, iqlim dəyişiklikləri bütün planetdə bərabər şəkildə müşahidə olunur.

Təbiətə belə bir antropogen təsir yaxın 30-50 ildə hiss olunacaq. Eyni zamanda alimlər əlavə edib ki, bu, hələ ən yumşaq ssenaridir.
ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ