hemle

BU İL TARİXİN ƏN İSTİ İLİ OLA BİLƏR- PROQNOZ

Tarix:25-04-2020, 18:13
Baxış Sayı:523

Avropanın və Amerikanın bəzi alimlərinin fikrincə, 2020-ci ilin bütün dünyada havanın hərarəti üzrə ən rekord göstərici ili ola bilər.

Ötən il ən isti kimi tarixə düşüb, bu il həmin rekordun yeniləcəyi istisna olunmur.

ABŞ-ın okean və atmosfer tədqiqatları üzrə Milli İdarəsinin (NOAA) məlumatına görə, 2020-ci ilin ilk 3 ayı onsuz da müşahidələr tarixinin ən isti dövründən biri olub – bu müddət 2016-cı ilin eyni 3 ayı ilə müqayisədə temperatur rekordunda ikinci olub. NOAA alimləri 2020-ci ilin müşahidə tarixində 75 faiz ehtimalla tarixin ən isti ili olacağını proqnozlaşdırırlar.

Temperatur xüsusilə Avropada aktiv yüksəlir – burada orta temperatur XIX əsrdə ümumi dünyadakı ilə müqayisədə (1,1 dərəcə) 2 dərəcə yüksəlib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ