hemle

Azərbaycanda 131 hərbçiyə mənzil verildi

Tarix:Dünən, 21:02
Baxış Sayı:455



Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, iclası giriş sözü ilə açan komissiyanın sədri, nazir Sahil Babayev Ali Baş Komandanın diqqət və qayğı sayəsində ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.

Kommisiyanın sədri sözügedən fərmanın icrası olaraq bugünədək dövlət vəsaiti hesabına Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusunun mənzillərlə təmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib.

Komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət vəsaiti hesabına Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirli mənzillərdən bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb. Belə ki, Müdafiə Nazirliyində növbəsi çatmış hərbi qulluqçular arasında püşkatma yolu ilə müəyyən edilən bölgü Komissiyanın müvafiq qərarı ilə təsdiq olunub.

Qeyd olunub ki, Komissiya Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxır.

Digər xəbərlər
16:35 Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR
16:34 Azərbaycanda bu şəxslərə də müavinət veriləcək
16:31 Bakıda bu evlər bahalaşdı
16:28 Sabaha olan hava PROQNOZU
16:26 Hamının içdiyi bu QRİP DƏRMANLARI narkotik tərkibli imiş
16:23 30 günlük atəşkəs təklifi: Kremldən ilk reaksiya gəldi
16:20 “Bolt” sürücüləri kütləvi blokladı - TAKSİ QİYMƏTLƏRİ ARTACAQ?
12:53 Saakaşviliyə hökm oxundu: Bu cəza verildi