hemle

Saakaşviliyə hökm oxundu: Bu cəza verildi

Tarix:Bu gün, 12:53
Baxış Sayı:399



Məhkəmə Gürcüstanın keçmiş prezident Mixail Saakaşvilini büdcə vəsaitini 3,2 milyon dollardan çox mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Gürcüstanın "Mtavari Arxi" telekanalı məlumat yayıb.

“Mixail Saakaşvili “gödəkçələr” işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, siyasətçi 2014-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunub. Bu iş respublikada “pencək işi” kimi tanınır. İttiham tərəfi iddia edir ki, eks-prezident dövlət vəsaitindən pencək və palto almaq, oğlunun təhsil haqqını ödəmək, kosmetik prosedurlar keçirtmək, bahalı avtomobil və təyyarə icarəyə götürmək, qol saatı almaq üçün istifadə edib.

Xatırladaq ki, Mixail Saakaşvili Gürcüstanı 2004-2013-cü illərdə idarə edib.

Digər xəbərlər
21:07 Tibb tarixində dönüş nöqtəsi: Süni ürək həll yolu ola bilər?
21:05 Əfv Komissiyasının iclası keçirildi
21:03 Sabah Bakının üç rayonunda qaz olmayacaq
21:01 "Google" "Gemma 3" süni intellekt modelini təqdim etdi
16:35 Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR
16:34 Azərbaycanda bu şəxslərə də müavinət veriləcək
16:31 Bakıda bu evlər bahalaşdı
16:28 Sabaha olan hava PROQNOZU