hemle

Ev almaq istəyən hərbçilərin NƏZƏRİNƏ

Tarix:20-04-2022, 10:38
Baxış Sayı:212

Müdafiə Nazirliyi ev almaq istəyən hərbçi qulluqçulara müraciət edib.

Nazirlikdən daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

- Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə ərizə;

- Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya notarial təsdiqi);

- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayış (əsli və ya notarial təsdiqi).

Ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması yuxarıda qeyd olunan Fərmanın 3.1-ci bəndində göstərilən tələblərə və sənədlərin təqdim edilmə ardıcıllığına uyğun olaraq həyata keçiriləcək.

Daxil olan müraciətlər komissiya tərəfindən araşdırıldıqdan sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların sənədləri dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndəriləcək.

Sənədlərin təqdim olunacağı ünvan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi (Süleyman Dadaşov küçəsi 2)".

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı