hemle

Borcunu ödə, yoxsa... – KTMT İrəvana xəbərdarlıq etdi

Tarix:7-03-2025, 14:29
Baxış Sayı:440

Əgər Ermənistan 2025-ci ilin sonuna kimi KTMT büdcəsinə ödənişləri həyata keçirə bilməsə, üzv dövlətlər müxtəlif variantları nəzərdən keçirə bilər, lakin təşkilatdan xaricolma ehtimalı azdır.

Bunu “RİA Novosti”yə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Onun sözlərinə görə, 2026-cı ilin yanvarında İrəvanın iki illik borcu yaranacaq.

KTMT Yerevanla işgüzar əlaqələr saxlayır və təşkilatın Ermənistan qarşısında götürdüyü öhdəliklər yerinə yetirilir”.

Bunu isə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “İzvestiya”ya müsahibəsində deyib.

“Biz İrəvanla işgüzar əlaqələri saxlayırıq. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan Respublikası müttəfiq olaraq qalır və təşkilatın ölkə qarşısında öhdəlikləri saxlanılır.

KTMT ilə əməkdaşlığı bərpa etməyə hazır olma siqnallarına gəlincə, münasibətlərin formatı dəyişməyib və olduğu kimi qalır”, - Tasmaqambetov deyib.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dayandırıb.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya