hemle

KTMT Azərbaycan ərazisinin harda başladığını demir

Tarix:17-11-2023, 14:13
Baxış Sayı:122

Ermənistan KTMT-dən çıxmaq niyyətində deyil. Amma bir məsələ var ki, Ermənistanın bu ölkələr qarşısında öhdəlikləri olduğu kimi, KTMT ölkələrinin də onun qarşısında öhdəlikləri var.

Bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının üzvü Gevorq Papoyan deyib.

Onun sözlərinə görə, İrəvan KTMT-nin Ermənistana missiya göndərmək təklifini heç vaxt rədd etməyib, lakin hakimiyyət orqanları bu kontingentin harada yerləşdiriləcəyi ilə bağlı çox konkret sual veriblər və verirlər:

“Məsələn, AB-nin monitorinq missiyası deyir ki, bu təpə Ermənistan ərazisidir, o tayda isə Azərbaycandır. Yəni insanlar ölkələrin sərhədlərini aydın şəkildə müəyyənləşdirirlər. Amma biz KTMT-dən olan həmkarlarımızdan harada yerləşəcəklərini soruşduqda onlar bizə Ermənistan və Azərbaycan ərazisinin hara olduğunu demirlər. Amma onlar Ermənistanın haradan, Azərbaycanın isə haradan başladığını qeyd etməlidirlər. Əgər KTMT bu anı qeydə almazsa, o zaman atəşin haradan və kim tərəfindən açıldığını necə müəyyənləşdirəcəyi anlaşılmazdır. Yaxud Azərbaycan Silahlı Qüvvələri, obrazlı desək, 10 addım irəliləyirsə, o zaman kim biləcək ki, bunu öz ərazisində edib, yoxsa Ermənistan ərazisində. Ona görə də başlanğıc nöqtələri müəyyən etmək vacibdir və İrəvan öz tərəfdaşlarından Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqe tələb edir”.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya