hemle

“İrəvan Qazaxıstan hadisələrinə fürsət kimi baxır” - FAKT BUDUR!

Tarix:12-01-2022, 08:24
Baxış Sayı:215

“KTMT qüvvələri Qazaxıstanda “ilk missiyasını” yerinə yetirdiyi vaxtda Ermənistanın Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması təsadüfi deyil...”.

hemlemedia.az xəbər verir ki, bunu “Şərq”ə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, İrəvan Qazaxıstan hadisələrinə yeni fürsət kimi baxır: “Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan iki gün öncə Qazaxıstan hadisələri haqda danışarkən bildirib ki, “KTMT ilk dəfə böhranlı vəziyyətə müdaxilə mexanizmlərini işə saldı...

Biz ümid edirik ki, Ermənistan belə bir vəziyyətlə üzləşəcəyi təqdirdə bu cür köməyi ala biləcək”. İki gün sonra Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi pozur və bunun İrəvanın KTMT-ni – Rusiyanı Azərbaycanla sərhədə cəlb etmək cəhdi olduğu aydın görünür”. Analitik xatırladıb ki, Ermənistan sərhədlə bağlı razılaşmanı qəbul etmək istəmirdi: “Yalnız 16 noyabr döyüşlərindən sonra Soçidə bunu qəbul etməyə məcbur oldu. Qazaxıstandakı hadisələr və KTMT-nin ilk dəfə üzv ölkələrində prosesə müdaxiləsini Ermənistan “yeni fürsət” kimi dəyərləndirir. Sərhəddə yeni toqquşmalarla “Ermənistan ərazisinə müdaxilə” görüntüsü yarada və KTMT-nin bölgəyə gəlişinə zəmin hazırlaya bilər. Mərkəzi Asiyadan fərqli olaraq, Putinin Cənubi Qafqazdakı razılaşmaları təhlükə altına atması ehtimalı zəif görünür. Lakin Paşinyan Ermənistanın KTMT-yə rəhbərliyindən və təşkilatın “ilk müdaxilə” presedentindən istifadə edərək, ən azı sərhəd razılaşmasında Rusiyanın dəstəyini əldə etmək və qazanclı çıxmaq istəyir. Ermənistanın bu məqsədlə sərhəddə hücumları intensivləşdirəcəyi və genişləndirəcəyi istisna deyil...”.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya