hemle

Trampdan Britaniyaya QADAĞA - Ukrayna ordusunun “ƏSAS QANADI” QIRILDI

Tarix:5-03-2025, 09:43
Baxış Sayı:445

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası Britaniyaya Amerika kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşmağı qadağan edib.

Bu barədə "Daily Mail" Britaniya hərbi kəşfiyyatı üzrə ekspert Fil İnqramın bəyanatına istinadya məlumat yayıb.

ABŞ-ın Ukraynaya məlumat ötürməkdən imtina etməsinin Kiyevin Rusiya hücumunun qarşısını almaq qabiliyyətinə təsir edəcəyi gözlənilir. Bu məlumatların ötürülməsi səlahiyyətləri dərhal Britaniyanın bir sıra departamentlərindən, o cümlədən kəşfiyyat, əks-kəşfiyyat və Müdafiə Nazirliyinin departamentlərindən ləğv edildi.

Bundan əvvəl Economist yazıb ki, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi hələ də dayandırmayıb.

Martın 3-də Reuters agentliyi ABŞ hakimiyyətinin Ukraynaya bütün hərbi yardımı dayandırmaq qərarına gəldiyini bildirib. Bu məlumatı Ağ Ev də təsdiqləyib və qərarını münaqişənin sülh yolu ilə həllinə töhfə vermək üçün dəstək tədbirlərinə yenidən baxılmasının zəruriliyi ilə izah edib.

Digər xəbərlər
22:18 Mask dünyanın necə yox olacağını açıqladı - Başqa planetə köçməliyik
22:16 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü
22:14 Sağlamlığımız üçün CİDDİ TƏHDİD - Düyüdə zəhərli maddə aşkarlandı
22:10 Vatikan Papaya məxsus hakimiyyət simvollarını LƏĞV ETDİ
22:01 Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdılar
21:54 İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verdi
21:52 Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?
21:50 Sabah 23 kənd QAZSIZ QALACAQ