hemle

Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?

Tarix:Dünən, 21:52
Baxış Sayı:448

İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə prezident Məsud Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb.

Tehranın vasitəçilik istəyinin iki hədəfi var.

- Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;

- İrəvanın mövqeyinə yaxın olan gündəliyini – sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması - qəbul etdirmək;

Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür.

1. Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır;
2. Regionun gələcəyi, o cümlədən, sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir;
3. Hazırda Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi – Zəngəzur dəhlizinin “qırmızı xətti” olması, dəyişməyib;
4. İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları – Rusiya, Avropa İttifaqı və ABŞ-ı da aktivləşdircək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir;

Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd, bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.

Digər xəbərlər
22:18 Mask dünyanın necə yox olacağını açıqladı - Başqa planetə köçməliyik
22:16 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü
22:14 Sağlamlığımız üçün CİDDİ TƏHDİD - Düyüdə zəhərli maddə aşkarlandı
22:10 Vatikan Papaya məxsus hakimiyyət simvollarını LƏĞV ETDİ
22:01 Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdılar
21:54 İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verdi
21:52 Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?
21:50 Sabah 23 kənd QAZSIZ QALACAQ