hemle

İsveç Ukraynaya gəmi əleyhinə raketlər verəcək

Tarix:7-06-2022, 18:12
Baxış Sayı:205

İsveç Ukraynaya hərbi yardım üçün yeni vəsait ayırıb.

hemlemedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdən Ukraynaya gəmi əleyhinə raketlərin və digər silahların tədarükü planlaşdırılır.

Bu barədə İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Ann Linde öz "Twitter" səhifəsində Ukraynaya yeni hərbi tədarüklər barədə məlumat verib:

"İsveç Ukraynaya gəmi əleyhinə raketlər, tank əleyhinə silahlar və 12,7 mm-lik tüfənglər, o cümlədən döyüş sursatları göndərəcək. Bu dördüncü dəstək paketinə Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı da daxildir. Ümumi məbləğ 95 milyon avrodan çoxdur".

Ölkə hökuməti bu məlumatı təsdiqləyib. İsveç liderlərinin bəyanatına görə, "Robot 17" gəmi əleyhinə raket kompleksinin (RBS-17) Ukraynaya ötürülməsi planlaşdırılır. Ukraynaya 17 belə kompleksin gələcəyi gözlənilir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir