hemle

Avropada HƏYƏCAN TƏBİLİ: "Təcili olaraq silahlanmalıyıq"

Tarix:Dünən, 22:56
Baxış Sayı:501

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropanın təcili olaraq yenidən silahlanmalı olduğunu və üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün manevr imkanlarının vacibliyini bildirib.

O, bu fikirləri Londonda Ukraynaya dəstək mövzusunda keçirilən sammitdən sonra səsləndirib. Ursula Fon der Lyayen qeyd edib ki, Avropa demokratiyanı qorumağa hazır olduğunu ABŞ-a da göstərməlidir. O, uzun illər davam edən az investisiyadan sonra müdafiə sektoruna xərclərin uzunmüddətli dövrdə artırılmasının zəruri olduğunu vurğulayıb.

“Uzun müddət müdafiə sahəsinə kifayət qədər investisiya qoyulmayıb. İndi isə bu investisiyaları artırmaq olduqca vacibdir və bu, davamlı şəkildə aparılmalıdır”, – deyə o, Londondakı görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. Ursula Fon der Lyayen əlavə edib ki, üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün daha geniş maliyyə imkanları yaradılmalıdır.

Digər xəbərlər
09:34 Paşinyan türk ordusunu Ermənistana çağıracaq - ŞOK İDDİA
09:29 "WhatsApp" istifadəçilərinə BƏD XƏBƏR - Martın 10-dan etibarən...
09:23 Vergi borcu olanları hansı sanksiya gözləyir? - VİDEO
09:19 Zelenski sülh naminə ərazi güzəştlərindən İMTİNA ETDİ
09:13 Fransa və Britaniyanın UKRAYNA PLANI - Atışmalara moratorium, sonra sülhməramlılar...
22:56 Avropada HƏYƏCAN TƏBİLİ: "Təcili olaraq silahlanmalıyıq"
22:41 Pensiya artırılır? - 500 manat…
22:33 Ramazanda restoranlarda xeyir iş üçün müraciətlər artdı