hemle

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Tarix:5-04-2024, 18:30
Baxış Sayı:584

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

“ABŞ Ermənistanda dinc nüvə enerjisinin inkişafı üzərində işləyir”.

Bu sözlər Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün yekunlarına dair bəyanatda yer alıb.

Qeyd olunub ki, ABŞ-dən əlavə investisiyaların cəlb edilməsi, texnologiyalar sahəsində ticarəti imkanlarının optimallaşdırılması, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və texnologiya infrastrukturunun genişləndirilməsi istiqamətində ABŞ Ermənistanla işlər aparacaq.

Vaşinqton ABŞ-dən əlavə investisiyalar cəlb etmək və ərzaq təhlükəsizliyini təmin etmək niyyətindədir.

Qeyd edək ki, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçirilib.

Mənbə: Erməni KİV

Digər xəbərlər
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ
09:51 Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Bu günün HAVASI
09:48 Tovuzda ev güclü yanğından xilas edildi
09:41 Türkiyə üçün dəhşətli proqnoz: Regional fəlakət olacaq, 25 milyon insan…
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq