hemle

ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ

Tarix:Bu gün, 10:01
Baxış Sayı:455

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, cari ilin ilk 3 ayı ərzində üç regionun 25 ölkəsində 116 574 vəba xəstəliyinə yoluxma və bu xəstəlikdən 1 514 ölüm halı qeydə alınıb.

ÜST xəstəliyin münaqişələr, köçkünlər və iqlimlə əlaqəli fəlakətlərdən təsirlənən həssas bölgələrdə yayılmağa davam etməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd edilir ki, ən çox yoluxma və ölüm sayı Afrikada, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiyada olub.

Təkcə mart ayında vəbanın fəsadlarından 517 nəfər ölüb, 22 ölkədə 32,985 yeni yoluxma qeydə alınıb ki, bu da qlobal epidemiyanın davam edən şiddətini göstərir. Ağızdan alınan vəba peyvəndinin (OCV) qlobal ehtiyatı 5,2 milyon dozada sabitləşsə də, ÜST artan qlobal tələbin təklifi xeyli üstələməsinin sürətli cavab tədbirləri və yoluxmanın qarşısının alınması kampaniyalarına əngəl törətməsi barədə xəbərdarlıq edib.

“Münaqişələr, kütləvi köçkünlər, təbii fəlakətlər və iqlim dəyişikliyi təmiz su və səhiyyə xidmətinə çıxışın məhdud olduğu kənd yerlərində və daşqından zərər çəkmiş rayonlarda vəba epidemiyasını gücləndirir”, - deyə BMT agentliyi yazıb.

Qeyd edilir ki, vəba qarşısı alına və müalicə oluna bilən xəstəlikdir, lakin vaxtında tibbi yardım göstərilməzsə, bir neçə saat ərzində öldürə bilər.

ÜST bu ölümcül xəstəliyin yayılmasının qarşısını almaq üçün suya, səhiyyə infrastrukturuna və peyvənd istehsalına çıxışın yaxşılaşdırılması üçün təcili olaraq qlobal dəstəyə çağırış edib.

Digər xəbərlər
12:56 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
12:50 Alimlərdən qorxunc proqnoz - Həmin gün Xəzərdə...
12:47 Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır
12:42 Temperatur artır - Sabah 32 dərəcə isti olacaq
12:36 Lavrovdan amerikalı jurnalistə istehza: Prezidentə inanmırsan?
12:30 DİN vətəndaşlara çağırış etdi
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ