hemle

İftarda edilən bu səhvlər infarkt edə bilər

Tarix:1-03-2025, 15:08
Baxış Sayı:556

Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər.

Həkim Gökhan Ceyhun qan şəkərinin ani yüksəlməsi və lipit profilinin pozulmasının ürək sağlamlığına mənfi təsir göstərdiyini bildirib və Ramazan ayında sağlam qidalanma ilə bağlı xüsusi məqamları açıqlayıb.

Hipertoniya, damar tıxanıqlığı və ürək çatışmazlığı olanlara duz və xolesterindən uzaq durmağı tövsiyə edən mütəxəssis orqanizmin ac qalmağa tədricən öyrəşməsinin vacibliyini vurğulayıb.

Ürək çatışmazlığı olmayan, ürək əzələsinin yığılma gücü 50-55%-dən yüksək olan şəxslərin oruc tutmasının problem yaratmayacağını bildirən Ceyhun uzun müddət ac qaldıqdan sonra iftarda yüksək kalorili və yağlı yeməklərin birdən-birə qəbulu ilə qan şəkərinin və yağ səviyyəsinin kəskin artmasının ürəyə mənfi təsir edə biləcəyini qeyd edib. O, ürək xəstələrinin orucluq dövründə yeməklərini iftar və sahur arasına yaymasının daha faydalı olacağını bildirib.

Həkim infarkt keçirən, stent qoyulan, yüksək təzyiqi olan və angioqrafiya edilən şəxslərin oruc tutub-tutmaması ilə bağlı çoxlu suallar aldıqlarını bildirib. Ürək çatışmazlığı olanların uzun müddət susuz qalmasının böyrəklərə əlavə yük gətirə biləcəyini və bu səbəbdən onların oruc tutmasının tövsiyə edilmədiyini vurğulayıb. Ancaq son bir ayda infarkt keçirməyənlərin və orqanizmini əvvəlcədən oruca hazırlayanların ac qalmasının, iftarda həddindən artıq qidalanmamasının ürək sağlamlığı baxımından daha faydalı ola biləcəyini qeyd edib.

O, Ramazan ayında infarktların əsasən iftar və sahurdan sonra baş verdiyini bildirərək, uzun müddətli aclıqdan sonra nəzarətsiz yemək vərdişlərinin qan şəkərinin və yağ səviyyələrinin ani dəyişməsinə səbəb olaraq ürək-damar xəstəlikləri üçün təhlükə yarada biləcəyini vurğulayıb. O, həm ürək xəstələrinin, həm də sağlam şəxslərin iftarda daha nəzarətli qidalanmasının və qida qəbulundan sonra fiziki aktivliyə diqqət etməsinin vacibliyini bildirib.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR