hemle

TÜRKİYƏDƏ HƏFTƏSONU KÜÇƏYƏ ÇIXMA QADAĞASI LƏĞV EDİLDİ

Tarix:5-06-2020, 15:01
Baxış Sayı:494

Türkiyədə həftəsonu küçəyə çıxma qadağası ləğv olunub.

ONN media xəbər verir ki, bu barədə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterində yazıb.

Prezident bildirib ki, artıq bu tədbirin icrasına lüzum yoxdur: “15 bölgəmizi əhatə edən həftəsonu küçəyə çıxma qadağasını ləğv etmək qərarına gəldim. Bildiyiniz kimi, pandemiya dövründə millətimizi koronavirusdan qorumaq üçün çox sayda tədbir gördük. Ən son məhdudiyyətlərdən sonra həftəsonu küçəyə çıxma qadağasını tətbiq etməyi düşünmürdük. Amma yoluxma sayının 700-ə qədər çıxması bu qadağanı gündəmə gətirdi.

Səhiyyə Nazirliyimizin tövsiyəsi və Daxili İşlər Nazirliyimizin təlimatı əsasında ötən gün gecə bu həftəsonu da küçəyə çıxma qadağası elan olunmuşdu. Lakin vətəndaşlarımızdan gələn reaksiyalardan sonra qərarı bir daha nəzərdən keçirdik. 2,5 ay fasilədən sonra normal həyata addım-addım geri qayıdan vətəndaşların gündəlik həyat tərzini pozmaq ürəyimizə yatmadı”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı