Türkiyədə koronavirus epidemiyası səbəbindən tətbiq edilən karantin rejimi qaydaları yumşaldılacaq.
ONN media xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib. O, yumşalma qaydaları ilə bağlı ilk müjdəni 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlar üçün verib:
“Türkiyədə mayın 10-dan etibarən 65 yaşdan yuxarı şəxslər və 20 yaşdan aşağı vətəndaşlar ilk mərhələdə küçəyə çıxmaqla bağlı qadağanın olduğu günlərin birində 4 saatlıq çölə çıxmaq imkanı əldə edəcək. İcazənin ilk tətbiq edilməsi saat 11:00-dan 15:00 arasında gerçəkləşəcək.
20 yaş qrupu üçün isə qaydaların yumşalması isə iki qrup şəklində tətbiq ediləcək: 0-14 yaş qrupu həftə içində – mayın 13-də saat 11:00-15:00 arasında gəzmə məsafəsini saxlamaqla, 15-20 yaş qrupu isə mayın 15-də eyni şərtlər və saatlarda küçəyə çıxa biləcəklər”.
Ərdoğan fiziki məsafənin gözlənilməsinin, maskadan istifadəyə davam etməyin vacibliyini bir daha vurğulayaraq bu qaydaların yumşalmanın əsas şərtləri olduğunu deyib.
ONN İnformasiya Agentliyi