hemle

Ödəniş çeklərini zibilliyə atmağın böyük TƏHLÜKƏSİ

Tarix:24-02-2025, 21:01
Baxış Sayı:440



Zibilliyə atdığınız ödəniş qəbzləri sizin üçün problem yarada bilər.

Bu barədə məlumat təhlükəsizliyi üzrə mütəxəssis Amalya Calalova danışıb. O, bu cür məlumatların hakerlər tərəfindən oğurlana biləcəyini söyləyib:

"Siz də kedit çeklərini, kommunal ödəniş qəbzlərini və ya vaxtı bitmiş müqavilə və sənədləri zibil qutusuna atırsınızmı? Düşünürsünüz ki, adi və lazımsız kağızdır, nə ola bilər?!

Hakerlər isə heç də belə düşünmürlər. Bu məlumatlar sizə nə qədər gərəksiz görünsə də, hakerlər elə həmin sənədlərdə olan fərdi məlumatlarınızı, yəni ad, soyad, fin kodunuz, şəxsiyyət vəsiqənizin nömrəsi və digər məlumatları oğurlayaraq hesablarınıza icazəsiz giriş əldə edir və istənilən əməliyyatı adınızdan icra edir, pullarınızı ələ keçirir və hətta şifrələrinizi asanlıqla dəyişirlər. Ona görə də belə sənədləri zibil qutusuna atmazdan əvvəl kağız doğrayıcı vasitəsilə məhv edin. Əgər doğrayıcı yoxdursa, o zaman sadəcə əlinizlə məhv edə bilərsiniz", - deyə o söyləyib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir