hemle

“Temu” işlədənlərin nəzərinə! - Məlumatlarınız oğurlana bilər

Tarix:19-09-2024, 09:02
Baxış Sayı:379



87 milyon “Temu” müştərisinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyi iddia olunur.

Bu barədə “TechRadar” portalı məlumat yayıb. Hakerlər sübut kimi istifadəçi adları, şəxsiyyət vəsiqələri, IP ünvanları, adlar, doğum tarixləri, cins, çatdırılma ünvanları, telefon nömrələri, parollar və s. daxil olmaqla məlumat nümunələrini açıqlayıblar.

Çinin onlayn ticarət platforması olan “Temu” isə yayılan məlumatları təkzib edir:

“Təhlükəsizlik qrupumuz iddia edilən məlumat sızması ilə bağlı hərtərəfli araşdırma aparıb və iddiaların tamamilə yalan olduğunu təsdiqləyib. Dövriyyədə olan məlumatlar bizim sistemlərdən qaynaqlanmayıb və heç bir məlumat cərgəsi əməliyyat qeydlərimizə uyğun gəlmir. Biz reputasiyamızı ləkələmək və ya istifadəçilərimizə zərər vermək cəhdini qanuni tədbirlərlə cavablayacağıq”.

Qeyd edək ki, kibertəhlükəsizlik ekspertləri yayılan xəbərlərlə bağlı istifadəçilərə şəxsi bank kartları məlumatlarını tətbiqdə açıq qoymamağı məsləhət görür.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir