hemle

ALİ MƏHKƏMƏNİN BU QƏRARI LƏĞV EDİLDİ

Tarix:4-06-2020, 20:59
Baxış Sayı:451

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, iclasda A.Kərimov və qeyrilərinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 iyul tarixli qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin nümayəndələrinin, vəkilinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, N.Aləmmədzadə və qeyrilərinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər A.Kərimov və qeyrilərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və 0,07 hektar torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 26 fevral tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 iyul tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəlləsinin 91-ci və 96.5.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir