hemle

ABŞ -DA KOMENDANT SAATI DAHA 2 GÜN UZADILDI

Tarix:1-06-2020, 21:16
Baxış Sayı:351

ABŞ-ın paytaxtı Vaşinqtonda kütləvi iğtişaşlar səbəbindən tətbiq edilən komendat saatı daha iki gün uzadılıb.

ONN media xəbər verir ki, bu barədə şəhər meri Myuriel Bouzer keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün Vaşinqtonda, Kolumbiya şəhər dairəsində komendant saatının daha iki gün artırılmasına qərar verdi”, – deyə Bouzer bildirib.

Yeni komendant saatı 1 iyun saat 19:00-dan başlayacaq və iki gün davam edəcək.

Qeyd edək ki, mayın 25-də Minnesota ştatında afroamerikalı Corc Floydun polis əməkdaşı tərəfindən boğularaq öldürülməsindən sonra ölkədə kütləvi etirazlar başlayıb. Tez-tez polislə toqquşan aksiyaçılara qarşı, dəyənəkdən, gözyaşardıcı qazdan istifadə olunub.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi