hemle

YUNUS OĞUZDAN İBRƏTAMİZ MƏSƏL

Tarix:15-04-2020, 18:45
Baxış Sayı:648

Yunus OĞUZ
Bu günlərdə sayın professor Əjdər Tağıoğlu çox gözəl bir təşəbbüslə dini liderimiz sayın Allahşükür Paşazadəyə və dini komitənin sədri, sayın Mübariz Qurbanlıya müraciət etmişdi ki, əgər bu il Həcc ziyarəti olacaqsa(artıq məlumdur olmayacaq) , o müqəddəs yeri ziyarət etmək istəyənlər ziyarətə xərcləmək istədikləri pulu kasıblara ehsan kimi dağıtsınlar.
Çox gözəl fikirdir, niyə də yox? Hörməli Mübariz müəllim də buna çox gözəl cavab yazdı ki, əgər həcc ziyarətçilərinin bu könlündən keçirsə ,bu çox xeyirxah əməldir. Amma bəziləri Roma papasından artıq katolik olmaq istəyir, məsələnin mahiyyətinə varmadan fikir bildirirlər. Və cəmiyyəti dindarlara və dindar olmayanlara bölürlər. Olmaz belə!
Cənab prezidentimiz demişkən “gücümüz birlikdədir” Sonda bir məsəl:
Ölkədə komendant saatı tətbiq ediləcək?
Ölkədə komendant saatı tətbiq ediləcək?
“Bir məşhur oğru tövbə edir və karvanla həccə yola düşür. Karvan yolda bir kəndin qırağında gecələyir. Bu oğru eşidir ki, kəndin qırağındakı evdən ağlaşma səsi gəlir. Durub səs gələn tərəfə gedir. Bacadan dul qadının uşaqları sakitləşdirmək üçün dediyi sözləri eşidir: ağlamayın, indi yemək hazır olacaq, siz də doyunca yemək yeyəcəksiniz. Oğru baxır ki, qadın qazanda daş bişirir. Gedib hardansa bir qoyun tapır, gətirib qadına təhvil verir və deyir ki, uşaqlara görə onunla evləməyə hazırdır. Sonra gedib karvanbaşına deyir ki, siz gedin,mən gedəsi olmadım. Nə isə karvandakılar ziyarətə gedir, geri qayıdanda yenə həmin kənddə gecələməli olurlar. Karvanbaşı gedir oğrugilə, qapı açılan kimi deyir ki, Allah ziyarətini qəbul etsin. Oğru deyir ki, hörməli şəxs sən bilirsən ki, bu ac cocuqlara görə ziyarətdən imtina etdim. Karvanbaşı deyir ki, and olsun Allaha mən sənin Kəbənin başına neçə fırlandığını gördüm. Düşünürəm əlavə nəsə yazmağa ehtiyac yoxdur…..”

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ