hemle

Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür

Tarix:9-01-2025, 12:55
Baxış Sayı:457



Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür.

Mətləb Kamran oğlu Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində anadan olub.

Əslən Cəbrayıl rayonundandır. İbtidai təhsilini 3 saylı orta məktəbdə alıb. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. Hərbi xidmətini isə Ukraynada keçib. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub.

1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayıb.

1992-ci ildə Daxili İşlər Nazirliyinə (DİN) işə düzəlib, bununla da onun həyatının narahat günləri başlayıb.

Mətləb Quliyev tez-tez cəbhəyə gedib, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışıb. 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi şücaət göstərib, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyib, onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmanlıqla həlak olub. O, ailəli olub, ondan geriyə yadigar iki övladı qalıb.

1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sumqayıt şəhər 3 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Yaşadığı binaya xatirə lövhəsi vurulub, adına bulaq var.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR