hemle

Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Bəyanat yayıb

Tarix:8-01-2025, 13:27
Baxış Sayı:600



Bildiyiniz kimi ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısısına, həm də Türkiyə və dövlət başçısına qarşı təhqiramiz ifadələr işlədilib. Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondu bununla əlaqədar dəyanat yayıb.
Bəyanatda bildirilir ki, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması müşahidə olunur.
İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələr qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi bəyanatda vurğulanıb.
Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı xüsusi qeyd olunub.
Türkdilli dövlətləirin siyasətiinə dəstək fondu Azərbaycana qarşı bu kimi təxribatların yolverilməz olduğunu və belə hərəkətlərə dərhal son qoyulması tələbini bəyanatda bildirib.
Xatırladaq ki Ayətullah Həsən Amilinin təxribat xarakterli açıqlamaları uzun müddətdir ki, Azərbaycan və Türkiyə ictimaiyyətinin sərt etirazına səbəb olur.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7 də ölkənin aparıcı televiziya kanallarına verdiyi müsahibədə də İranı sərt tənqid edərək deyib: “O mollanı Ərdəbilə təyin edən adam bu hadisəyə, bu tərbiyəsizliyə necə münasibət bəsləyir? Onun fikri nədir? Azərbaycan xalqından üzr istənməlidir. Ən azından o molla işdən qovulmalıdır və Azərbaycan xalqından üzr istənməlidir.”
Biz Türkdilli dövlətləirin siyasətiinə dəstək fondu olaraq Prezident İlham Əliyevin dediklərini dəstəkləyir və həmin mollanın Ərdəbildən qovulmasını İranın Ali liderindən tələb edirik
Fond bəyanatı İranın Qırğızıstandakı səfirliyinə təqdim edəcək və mətbuatda geniş şəkildə yayacaq.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ