hemle

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri ilə görüş keçirilmişdir

Tarix:12-04-2024, 14:30
Baxış Sayı:712

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri ilə görüş keçirilmişdir

Bu gün Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun Mənzil-qərargahını ziyarət edib. O, fondun Azərbaycan hökuməti tərəfindən təyin olunmuş həmsədri İqbal Babayev və Qırğızıstan Hökuməti tərəfindən təyin olunmuş həmsədri Almaz Mambetovla görüşüb. Vətənpərvərlik abı havası ilə keçirilən görüşdə fondun fəaliyyəti haqqında geniş müzakirələr aparılmış. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoymuş Qırğızıstan Azərbaycan əlaqələrində Azərbaycan - Qırğızıstan İnkişaf Fondun daha da geniş rol oynayacağı haqqında fikir mübadiləsi aparılmışdır.
Həmçinin, Qırğızıstanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar onun müqəddəs irsinin təbliğı çərçivəsində aparılan genişmiqyaslı tədbirlər haqqında Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun həmsədrlərinə məlumat verilmişdir.
Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun əsas vəzifələri haqqında qısa məlumat: Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görülür.
Azərbaycan-Qırğız İnkişaf Fondu bu istiqamətdə səmərəli platformadır. İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatıracaq. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdiriləcək.
Mənzil-qərargahı Bişkek şəhərində yerləşən Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. Nizamnamə kapitalına qoyulan vəsait Azərbaycan tərəfindən, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır.
Qeyd edək ki, 11 oktyabr 2022-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb. Fondun Qırğızıstanın Çolpon-Ata və Bakı şəhərlərində keçirilən iclaslarında qurumun fəaliyyətinin təşkilinə dair sənədlər qəbul edilib, İdarə Heyətinə üzvlər təsdiqlənib.
Görüş zamanı Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Bişkekdə nəşr edilən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 8 kitabı və bir neçə Azərbaycan tarixini özündə əks etdirən kitabları Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun həmsədrləri İqbal Babayev və Almaz Mambetova hədiyyə edildi.
Sonda Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun prezidentiu Nüsrət Məmmədov Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun həmsədrləri İqbal Babayevə və Almaz Mambetova bu müqəddəs işlərində işlərində onlara uğurlar arzulamışdır.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...