hemle

Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxtadır - RƏSMİ AÇIQLAMA

Tarix:2-01-2025, 21:47
Baxış Sayı:455

Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb.

Bu Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.

"Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.

Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq", - nazirlikdən qeyd edilib.

Digər xəbərlər
10:22 Sosial mediada aktivliyi olmayan şəxsə kredit verilməyə bilər YENİ TƏLƏB
10:17 SAHİB ƏLİYEVİN AD GÜNÜ
10:14 Stress evimizi necə yıxır?
10:09 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir
10:06 Diabet və ürək xəstəliklərinin əsas səbəbkarı açıqlandı
10:03 Paşinyan Əliyevin iki tələbini qəbul etdi - Sülh sazişi imzalanacaqmı?
10:00 Aİ-dən Rusiya üzərində uçuşlarla bağlı SƏRT QƏRAR
09:57 Çindən gələn yeni virusun təhlükələri AÇIQLANDI