hemle

ATƏT-ə 2026-cı ildə sədrlik edəcək ölkə açıqlandı

Tarix:31-12-2024, 08:46
Baxış Sayı:509

2026-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçrə sədrlik edəcək.

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın Baş nazirinin müavini, xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.

Yan Borq İsveçrənin təşkilata effektiv rəhbərlik edəcəyinə əminliyini bildirib: “ATƏT-in gələcək sədrlərinin seçilməsi təşkilatın davamlılığını təmin etmək üçün prioritetdir. Bu, ATƏT üçün əlamətdar məqamdır və əminik ki, İsveçrə uzaqgörənlik və qətiyyətlə təşkilata sədrlik edəcək”.

Qeyd edək ki, Maltanın ATƏT-ə sədrliyi bu il başa çatır. 2025-ci ildən isə təşkilata Finlandiya sədrlik edəcək.

ATƏT-ə sədrlik bir il müddətində təşkilata üzv olan dövlət tərəfindən həyata keçirilir və ölkənin xarici işlər naziri fəaliyyətdə olan sədr vəzifəsini icra edir. ATƏT hazırda 57 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...