hemle

ATƏT sədri Ukraynaya gedəcək

Tarix:10-02-2022, 09:42
Baxış Sayı:302

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın Xarici İşlər naziri Zbiqnev Rau bu həftə Ukraynaya səfər edəcək.

hemlemedia.az report-a istinadla xəbər verir ki, bu barədə Polşanın Ukraynadakı səfirliyindən bildiriblər.

Qeyd edilir ki, ATƏT sədri Prezident Vladimir Zelenski, Xarici İşlər naziri Dmitri Kuleba və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk ilə görüşəcək.

“Danışıqlar Ukraynada baş verən cari hadisələr, gərginliyin azaldılması və ATƏT-in dəstəyi ilə davam edən böhranın həlli üçün görülən tədbirlərə həsr olunacaq”, - məlumatda bildirilir.

Polşa diplomatiyasının rəhbəri həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı və Üçtərəfli Təmas Qrupunda xüsusi nümayəndəsi, ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyasının (SMM) sədri, Ukrayna koordinatoru ilə görüşəcək. Bundan əlavə, o, Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisinin rəhbəri və BMT-nin Ukraynadakı Humanitar Yardımın Əlaqələndirilməsi İdarəsinin rezident əlaqələndiricisi ilə görüşlər keçirəcək.

Məlumatda vurğulanır ki, Zbiqnev Rau fevralın 11-də Ukraynanın şərqinə səfər edəcək və burada münaqişədən zərər çəkmiş ərazilərdə mövcud humanitar vəziyyətlə tanış olacaq.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq