hemle

Sağlamlıq üçün təhlükə MƏNBƏYİ: Aşağı qiymətə olan Yeni il oyuncaqları

Tarix:23-12-2024, 09:49
Baxış Sayı:411



Bir neçə gün sonra qeyd edəcəyimiz bayramın əsas atributlarından biri də Yeni il oyuncaqlarıdır. Hazırda tələbatın artdığı bir zamanda bazarlarda, yarmarkalarda müxtəlif ölçüdə, formada istənilən oyuncağı əldə etmək mümkündür. Aralarında aşağı qiymətə olanlar da az deyil.

Lakin mütəxəssislər bildirirlər ki, belə malları alarkən onların keyfiyyəti və sağlamlığımıza təsiri gözardı edilməməlidir.

"Bu oyuncaqlar polimer birləşməsi olaraq zərərli əks-təsirə malikdir. Azyaşlı həmin uçucu maddələrlə təmasda olduğu zaman onların tənəffüs yollarını qıcıqlandıran komponentlər hava vasitəsilə orqanizmə daxil olur. Bu da tənəffüs sistemində allergik reaksiyaların əmələ gəlməsinə zəmin yaradır. Əgər hər hansı oyuncaq bazardan alınırsa, onun kəskin qoxusu varsa, əllə təmas zamanı boyası çıxırsa, onları uşaqlara verməmək tövsiyə olunur", - deyə həkim Abbas Bağırov açıqlamasında deyib.

Digər xəbərlər
09:58 Minatəmizləmə işi bitdi: Ermənistan bu kəndin qaytarılmasına hazırlaşır
09:53 Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür
09:48 İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi old
09:45 Havanın temperaturu 29 dərəcəyədək yüksələcək
09:41 Ərdoğan: "Türkiyə-Pakistan əməkdaşlığı bölgədə sülhə mühüm töhfə verir"
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ