hemle

Bu məhsullar qadınlarda xərçəng yaradır

Tarix:19-12-2024, 09:34
Baxış Sayı:432



Xüsusilə qadınlar üçün saç boyaları və saç düzləşdiricilər kimi məhsullarla süd vəzisinin xərçəngi arasında potensial əlaqə araşdırılıb.

Aparılan araşdırma zamanı bu məhsullarda hormonları pozan kimyəvi maddələr və kanserogenlər olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə risk nisbətən kiçik olsa da, təbii məhsulların seçilməsi, istifadənin minimuma endirilməsi və sağlam həyat tərzinin mənimsənilməsi potensial riskləri azaltmağa kömək edə bilər.

Həkimlər saç boyası və saç düzləşdirici maddələrlə ilə süd vəzisi xərçəngi arasındakı potensial əlaqəni araşdırıblar və bu araşdırma müzakirələrə səbəb oldu.

Belə ki, bir çox insan bu məhsulları potensial sağlamlıq təsirlərini nəzərə almadan istifadə edir.

Onkoloq həkim Sajjan Rajpurohitin sözlərinə görə, saç boyaları və kimyəvi düzəldicilər çox vaxt formaldehid, parabenlər və digər kimyəvi maddələrdən ibarət olur.

Bunlardan bəzilərinin hormonları pozduğu bilinir və ya kanserogen (xərçəng törədən) kimi təsnif edilir.

"Bu, əhəmiyyətli narahatlıq doğurur, çünki hormonlar, xüsusilə estrogen, süd vəzinin xərçənginin inkişafında mühüm rol oynayır.", - deyə o bildirib.

Milli Sağlamlıq İnstitutunun 2019-cu ildə apardığı bir araşdırma nəticəsində bu məhsullardan istifadə edən qadınlarda süd vəzisi xərçənginə yoluxma hallarının bir qədər yüksək olduğu müəyyən edilib.

Digər xəbərlər
10:13 Alçanı duzlayıb yeyənlərə vacib xəbərdarlıq
10:11 5 il sonra bu şəxslər işsiz qalacaq
10:06 "Android" istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək
10:04 Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı açıqlandı
10:01 Səhər yeməyinin ƏN PİS NÖVÜ - Ciddi sağlamlıq problemlərinə yol açır
09:58 Pakistandan QİSAS ƏMƏLİYYATI: Hindistanın 5-ci qırıcısı vuruldu, qərargah məhv edildi - YENİLƏNİR
09:56 Pakistandan Fransaya AĞIR ZƏRBƏ - Bu şirkətin səhmləri kəskin ucuzlaşdı
09:48 Türkiyədən Pakistana SİYASİ DƏSTƏK - Fidan zəng etdi, XİN bəyanat yaydı