hemle

Miqrendən əziyyət çəkən insanlara "düşmən" məhsullar açıqlandı: Pendir, şokolad...

Tarix:5-12-2024, 10:05
Baxış Sayı:399



"Pendir miqreni təhrik edə bilər, həmçinin artriti, hipertoniyası və artıq çəkisi olan insanlara məhdudlaşdırılması tövsiyə olunur. Pendirin tərkibindəki tiramin və qlutamin turşusu ağrı tutmalarına səbəb ola bilər".

Bu barədə tanınmış rusiyalı nevroloq Rüstəm Qayfutdinov xəbərdarlıq edib.

Onun sözlərinə görə, ümumiyyətlə tiramin ifraz edən qıcqırma məhsulları miqrenə səbəb ola bilər.

"Bərk pendir növləri, ağ şərablar, şampan, qoz-fındıq və şokoladın bu patologiyaya meyilli olan insanlarda miqreni təhrik etməsi çoxdan məlum faktdır", - deyə Qayfutdinov bildirib.

Ekspert qeyd edib ki, miqrenə ən çox gənc qadınlar meyillidir. Kişilər miqrendən əhəmiyyətli dərəcədə az əziyyət çəkirlər.

"Miqren baş ağrısı, ürəkbulanma, qusma, başgicəllənmə, parlaq işığa və uca səslərə, qoxulara dözümsüzlük kimi xarakterik simptomlarla müşayiət olunur. İnsan hər şeydən qıcıqlanır, tək qalmaq, dünyadan təcrid olunmaq və yatmaq istəyir. Yuxu, isti duş və cinsi əlaqə miqrenə kömək edə bilər", - deyə nevroloq bildirib.

Bununla belə, həkim vurğulayıb ki, əksər hallarda miqreni qidalar deyil, yuxusuzluq, stress və emosional yüklənmələr təhrik edir.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI