hemle

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Tarix:13-05-2024, 09:30
Baxış Sayı:678

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.

Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib.

Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməyə və ya qulaqlarda cingiltiyə səbəb olmur. İnsan uzun illər hipertoniyadan xəbərsiz yaşaya bilər. Hipertoniya riski 65 yaşdan yuxarı insanlarda, həmçinin piylənmədən əziyyət çəkən, oturaq həyat tərzi keçirən və ya spirtdən sui-istifadə edən hər kəsdə artır.

“120/80-dən aşağı qan təzyiqi normal hesab olunur, daha yuxarı göstəricilər isə insult, infarkt, böyrək problemləri və digər problemlərə səbəb ola bilər. Təzyiqə nəzarət bu fəsadlardan qorunmağa kömək edir. Bəzi hallarda, dərman olmadan həyat tərzinizi dəyişdirmək, məsələn, çəki itirmək kifayətdir”, - o bildirib.
Malinovskaya qeyd edib ki, qan təzyiqi yüksəldikdə bunun səbəbini tapmaq lazımdır.

“Hipertoniya ürəyin, qalxanabənzər vəzin, böyrəküstü vəzilərin işinin pozulması, böyrək problemləri, endokrin şişlər nəticəsində yarana bilər”, - deyə həkim vurğulayıb.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı