hemle

Yunanıstan Türkiyə ilə müharibəyə hazırlaşır: İsraillə danışıqlar başladı

Tarix:16-11-2024, 15:08
Baxış Sayı:440



Yunanıstanın müdafiə naziri Nikos Dendiasın ölkədə silahlı qüvvələrin yenidən qurulması planı ilə bağlı məlumat vermişdik. Bu planlar çərçivəsində Yunanıstanın İsraillə “Dəmir qübbə”yə bənzər sistem hazırlamaq üçün danışıqlara başladığı iddia edilir.

Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Egey və Aralıq dənizində Türkiyə ilə silahlanma yarışına girən Yunanıstan İsrailə üz tutub. Belə ki, Yunanıstan Silahlı Qüvvələrinin yenidən qurulması planı çərçivəsində İsraillə 2 milyard avro dəyərində zenit və raketdən müdafiə qübbəsinin hazırlanması üçün danışıqlar aparıldığı iddia edilir.

Bildirilir ki, 2 milyard avroluq sistem qısa və uzaq mənzilli raketlərlə İHA-ların qarşısını almaq üçün istifadə olunacaq. Yunanıstan həm də ABŞ-dan 40 ədəd F-35 döyüş təyyarəsi və pilotsuz uçuş aparatı alacaq.

Ancaq bu alışların dəyəri böyük olacaq. Yunanıstan hökuməti 2035-ci ilə qədər silahlı qüvvələrini modernləşdirmək üçün 12,8 milyard avro xərcləməlidir.

Dendiasın planları bununla məhdudlaşmır. O, ölkədəki kazarmaların sayının da azaldılacağını açıqlayıb.

Bütün bu addımlar isə Yunanıstanın müharibəyə hazırlaşdığı iddialarını artırıb.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...