hemle

Ərdoğan Yunanıstana çağırış etdi

Tarix:9-09-2021, 18:32
Baxış Sayı:247

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "Adalar Dənizi və Yunanıstanla Qonşuluq Əlaqələri Simpoziumu"na video mesaj göndərib.

hemlemedia.az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə lideri "Problemlər əvəzinə uşaqlarımıza dinc bir gələcək miras qoymalıyıq" deyə Yunanıstana çağırış edib.

O qeyd edib ki, Egey dənizi son illərdə insan faciələri ilə gündəmdədir. Egey dənizində minlərlə mühacir həyatını itirib. Qaçqınların ölkələrində təhlükəsiz yaşamalarını təmin etmək üçün heç bir addım atılmayıb. Türkiyə Suriyadan köçün qarşısını almaq üçün mübarizədə tək qalıb.

Türkiyə lideri vurğulayıb ki, qonşu Yunanıstan xoşməramlı olmaq əvəzinə, maksimalist siyasətini sürətləndirdi. Bu tarixi fürsət Yunanıstanın barışmaz mövqeyi səbəbindən boşa getdi:

"Türkiyə olaraq biz Egey dənizinin sülh və dostluqla xatırlanmasını istəyirik. Problemlərin dialoq və danışıqlar yolu ilə həllinə diqqət yetirmişik. İnanıram ki, Yunanıstanla ədalətə, əməkdaşlığa və qonşuluq qanunlarına əsaslanan həllər tapacağıq".

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR