hemle

Ərdoğan: “Nazirimiz Dendiasa həddini bildirdi”

Tarix:16-04-2021, 17:35
Baxış Sayı:309

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Xarici İşlər naziri (XİN) Nikos Dendiasın fikirlərinə münasibət bildirib.

“Haber Global” məlumat verir ki, o, jurnalistlərə açıqlama verərək, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun cavabını yüksək qiymətləndirib.

“Yunanıstan XİN rəhbəri Nikos Dendiasla xarici işlər nazirimizin görüşündə, təəssüf ki, çox fərqli istiqamətə yönəldi. Nazirimiz Dendiasın bu davranışları qarşısında ona həddini bildirdi. Daha yumşaq davranmaq olmazdı. Bir milllət olaraq, ölkə olaraq bizə yaraşmazdı. Lazımi qiymətləndirmələri edərək işi bitirdilər. Əlbətdə ki, biz bunu düzgün hesab etmirik. Dedim ki, Türkiyə ilə Yunanıstan arasında bir uyğunlaşma müddəti olsun, başqalarını bura daxil etməyək”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Nikos Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı “Türkiyə hüquqlarımızı, suverenliyimizi pozmağa davam edərsə, sanksiyalar yenidən gündəmə gələcək”, - deyib.

“Cənab Dendiasın mətbuatın önündə millətimizi, dövlətimizi ağır şəkildə ittiham etməsini qəbul etmirəm”, - deyə Çavuşoğlu etiraz edib.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...