hemle

Çavuşoğlu: “Türkiyə Aİ-yə daxil olmağa hazırdır”

Tarix:30-12-2020, 13:38
Baxış Sayı:301

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin 2020-ci ildəki xarici siyasəti barədə qiymətləndirmələr edib.

“Haber Global” məlumat verir ki, o, Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən də söz açıb:

“Aİ ilə münasibətlərimizdə eniş-yoxuş oldu, xüsusilə Yunanıstan, Kiprin Yunanıstan tərəfi və Fransa ilə gərgin bir il oldu. Amma dekabr ayında “Türkiyə ilə daha yaxşı əlaqələr qurmalıyıq” deyən ölkənin sağlam düşüncəsi hakim oldu. Gələn il münasibətlərimizi daha müsbət münasibətlərdə inkişaf etdirməyə hazırıq”.

O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan “Gələcək Avropadadır” deyəndə Türkiyənin Avropanın bir parçası olduğunu nəzərdə tutub.

“Hamı Avropa ilə yaxşı münasibətlər qurmaq istədiyi kimi, biz də bunu edirik. Prezidentimiz son vaxtlar islahatlara çağırır. Əsasən, xain çevriliş cəhdinə qarşı və islahatlara doğru yönəlmişik.

Türkiyə Aİ-yə daxil olmağa hazırdır. Yanvar ayında Aİ ilə əlaqələrimizin sürətlənəcəyini gözləyirik. Fransa səmimi olarsa, münasibətlərimizi inkişaf etdirməyə hazırıq”, - deyə Çavuşoğlu bildirib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı