hemle

Fransa prokurorları Azərbaycanın dostunu mühakimə etmək istəyirlər: Erməni təxribatı?

Tarix:16-11-2024, 09:42
Baxış Sayı:455



Fransanın maliyyə cinayətləri üzrə prokurorları avtomobil şirkətinin keçmiş rəhbəri Karlos Qon və Fransanın mədəniyyət naziri Raşida Datinin korrupsiya istintaqı ilə bağlı məhkəmə qarşısına çıxarılmasını tələb ediblər.

Bu barədə məlumatı “Reuters” məhkəmədəki mənbəyə istinadən yayıb.

Hakim bu tələblə bağlı qərar verməlidir. Müstəntiqlər Fransanın mədəniyyət nazirinin vaxtilə “Renault-Nissan” avtomobil alyansından aldığı məsləhət haqqını araşdırırdılar. Alyans onu Avropa Parlamentinə namizəd olmaq üçün ədliyyə naziri vəzifəsindən istefa verdikdən sonra məsləhətçi kimi işə götürüb.

Dati bu müddət ərzində aldığı ödənişlərdə qanun pozuntusunu rədd edir. O, cümlədən Yaponiyada axtarışda olduğu üçün Livana şəxsi təyyarədə olan bir qutunun içində qaçan Qon da ona qarşı ittihamları rədd edib.

Fransa, Livan və Braziliya vətəndaşlığına sahib olan Qon 2019-cu ildən bəri Yaponiya tərəfindən axtarışdadır və ona görə də, Livanı tərk etməyib.

Mədəniyyət Nazirliyinin nümayəndələri şərh sorğusuna cavab verməyiblər. “Renault” nümayəndələri də şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, Raşida Dati Fransada azsaylı siyasətçilərdəndir ki, erməni lobbisinin nə puluna, nə də təzyiqinə boyun əyib. O, Azərbaycanın haqq işini daim müdafiə edib. Ehtimal olunur ki, bu qondarma ittihamlar da, məhz erməni lobbisinin əli ilə gündəmə gətirilib.

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı