hemle

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Tarix:17-05-2024, 13:15
Baxış Sayı:799

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Fransa tərəfi üzr istəməlidir.

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerald Darmanan tərəfindən Azərbaycanın diktatura adlandırılması ilə bağlı yerli medianın sualına cavabında deyib.

O bildirib ki, Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və rəsmi Bakı tərəfdən qətiyyətlə rədd edilib: "İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. Azərbaycan müstəqilliyini bərpa edəndən etibarən daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir".

A.Hacızadə vurğulayıb ki, Fransa üzr istəməyəcəyi təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq: "Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır".

Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerar Darmanan “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...