hemle

Azərbaycan XİN-dən Fransaya CAVAB

Tarix:6-05-2023, 10:00
Baxış Sayı:122

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın “France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bu barədə XİN-in məlumatında deyilir.

“Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.

Fransa nazirinə bir daha xatırlatmaq istərdik ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir.

Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir.

Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır”.

Qeyd edək ki, Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonna “France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Qarabağ bölgəsini ermənilərlə məskunlaşmış Azərbaycan daxilində “anklav” adlandırıb. O bir daha Laçın yolunun blokadada olduğunu iddia edərək, yolun açılmasını tələb edib.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya