hemle

"Dağlıq Qarabağ Azərbaycan ərazisidir və biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" - Macarıstan XİN

Tarix:2-10-2020, 13:32
Baxış Sayı:435

ATSH.AZ bildirir. Sentyabrın 27-də rəsmi olaraq Azərbaycan ərazisinin bir hissəsi olan, lakin ermənilərin nəzarətində olan Dağlıq Qarabağ bölgəsində döyüşlər yenidən başlayıb və bu, bir sıra mülki və hərbi itkilərə səbəb olub.

APA-nın xəbərinə görə, bu, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin açıqlamasında əksini tapıb.

Bildirilib ki, Dağlıq Qarabağ Azərbaycanın sərhədləri daxilində olduğu üçün Macarıstan münaqişədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

“Dağlıq Qarabağ bölgəsi rəsmi olaraq Azərbaycanın ərazisidir. 1988-94-cü illərdə keçmiş sovet respublikaları Ermənistan və Azərbaycan arasında bölgə uğrunda müharibə gedib. Ermənistan qondarma respublikanı dəstəkləsə də, heç vaxt rəsmi olaraq onu tanımayıb. Ötən bazar günü başlayan döyüşlər 1994-cü ildən bəri ən ağır döyüşlərdir. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir və Macarıstan beynəlxalq hüququn ümumi prinsipi olaraq dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Macarıstan Dağlıq Qarabağda getdikcə artan gərginliyin azaldılmasını və münaqişənin ATƏT-in Minsk qrupu həmsədlərinin məsləhətləşmələri çərçivəsində danışıqlar yolu ilə həllini dəstəkləyir”, - deyə qeyd olunub.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq