Caqqal ulaşması yaman artıb!
Bu Azərbaycanlı dövlət xadimi Nəriman Nərimanovun Gürcüstanın Marneuli şəhərinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən abidəsidir. Marneuli və Hucabinin yepiskopu Qiorqi Camdeliani abidəsinin bərpasının yolverilməz olduğunu deyib və dərhal sökülməsini tələb edib. Bəhanəsidə bu olub ki:: "Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin heykəllərinin sökülməsinə başlasınlar”,
Əziz həmvətənlər sizə elə gelmir ki, Yepiskop Qriqorini narahat edən "sovetin rəmzləri" deyil, Azərbaycan amilidi?????
Müsəlman din xadimi və rəssam, Rizvan İsmayıl
"Facebook" səhifəsində Yepiskopun bəyanatına münasibətini bildirib; cənab "Camdeliani, soruşsanız N.Nərimanov biz azərbaycanlılardan ötrü kimdir? O, bir maarifpərvər-müəllim, yazıçı-klassik, xeyriyyəçi həkim və nəhayət vicdanlı bir insan olub. Onun vaxtilə bir yüksək rütbəli kommunist-dövlət xadimi olmasının bu gün bizim üçün də bir önəmi yoxdur!Milli vətənimiz olan Azərbaycan Respublikasının, qonşu və qardaş dediyi Gürcüstan Respublikasına saysız-hesabsız yaxşılıqlarının hamımız şahidiyik! Ölkəmizin büdcəsinə ən çox vergi ödəyən SOCAR neft şirkəti olduğunu bilirsiniz! İçərisində pulsuz isindiyimiz kilsə və məscidləri təbii qazla məhz SOCAR-ın təmin etdiyini bilirsiniz! Şəxsən sizin əyləşdiyiniz Marneulidəki kilsənin də tikintisində, xeyriyyəçi azərbaycanlıların maddi dəstəyi olub. Dövlətlərarası münasibətlərin belə gözəl vaxtında N.Nərimanovun Hereti (Zaqatala) bölgəsinin Azərbaycana verilməsi mövzusunu öz bazar günkü çıxışınızda söyləməniz, bizim, bir din xadimi olaraq, ürəyimizi sızlatdı. Bizim din xadimlərimiz öz cümə xütbələrində həmişə xalqlarımızın dostluğu və ölkələrimizin ərazi bütövlüyü üçün dua edirlər!
Rayonumuzun meri Zaur bəy Darğallı burada yeni heykəl ucaltmayıb, sadəcə xalqımızın çoxsaylı xahişlərini nəzərə alıb və N.Nərimanovun heykəlini təmir etdirib, sağ olsun! Siz, ondan üzr istəməyi tələb edirsiniz, bu əslində, bizim hamımızdan üzr tələb etmək kimi alınır. Təbii ki, sizin belə bir fikriniz olmayıb. Lakin, belə həssas zamanda və belə incə mövzularda çıxış edəndə, gərək hər birimiz çox diqqətli olaq! N. Nərimanov bir xəyanətkar şəxs olsaydı, biz azərbaycanlılar heç zaman ona dəyər verməzdik! Çünki, bir xalq olaraq biz azərbaycanlılar xəyanətkar olmamış, həmçinin nankorluq da etməmişik. Gürcüstan tarixində gürcü xalqına və dövlətçiliyinə ən sədaqətli xalq olmuşuq! Və sonda, Uca Tanrıdan arzu və dua ilə istəyirik ki, xalqlarımız arasında dostluq və mehribanlığı günbəgün artırsın, Gürcüstan və Azərbaycan Respublikalarının qardaşlığını Öz qüdrət əli ilə möhkəmlətsin! Amin!"
Yaxşılıqlarımız bilməyənlərin burnundan gelsin....